• cümə axşamı, 25 aprel, 04:57
  • Baku Bakı 19°C

XİN: "Laçın yolunda heç bir məhdudiyyət yoxdur və “humanitar fəlakət” iddiaları əsassızdır"

25.01.23 17:30 1379
XİN: "Laçın yolunda heç bir məhdudiyyət yoxdur və “humanitar fəlakət” iddiaları əsassızdır"

"Şuşadan keçən Laçın-Xankəndi yolunda nəqliyyat vasitələrinin və sakinlərin hərəkətinə etirazçılar tərəfindən heç bir maneə tətbiq edilmir və guya etirazların bölgədə “humanitar fəlakət” yaratdığı barədə iddialar əsassızdır".

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin BMT-nin Əhali Fondunun Laçın yolu ətrafında yaranmış vəziyyətlə əlaqədar bəyanatına dair şərhində bildirilib.

Qeyd olunub ki, etirazlar başlayan gündən yoldan istifadə etməklə sayı 1000-dən artıq olan nəqliyyat vasitələri sakinlərin istifadəsi üçün gündəlik tədarük malları, tibbi ləvazimatlar və zəruri tibbi xidmətlərlə təmin olunublar: "Azərbaycan hökuməti həmçinin erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Bütün bunlara baxmayaraq, özlərini erməni sakinlərin “liderləri” kimi təqdim edən şəxslər öz qanunsuz fəaliyyətlərini davam etdirmək məqsədilə yerli əhalidən sipər kimi istifadə etməkdə davam edir və onların hərəkət azadlığına mane olurlar".

banner

Oxşar Xəbərlər