Rəqəmsal ödənişlərin yeni mərhələsi
Virtual kartın digər kartlardan əsas fərqi, yalnız rəqəmsal formada mövcud olmasıdır. Bu kart fiziki daşıyıcıya malik deyil və bankların mobil tətbiqlərində hesab şəklində təqdim olunur.
Son illərdə qlobal maliyyə sistemində müşahidə olunan dəyişikliklərdən biri də virtual kartların sürətlə yayılmasıdır. Rəqəmsallaşmanın artması, e-ticarətin genişlənməsi və istifadəçilərin təhlükəsizliklə bağlı həssaslığının yüksəlməsi bu aləti ənənəvi bank kartlarına ciddi alternativə çevirib. Ölkəmizdə də virtual kartların populyarlığı artır. 2026-cı il yanvarın 1-nə ölkədə bu kartların sayı 2,3 milyon ədəd olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,6 % çoxdur. Mərkəzi Bankının məlumatına görə, dövriyyədə olan ödəniş kartlarının 10,7 %-i virtual kartlardan ibarətdir....
06.06.26 01:23
8