• şənbə, 06 Iyun, 02:01
  • Baku Bakı 21°C

CNN-in iddiaları kobud informasiya manipulyasiyasıdır

06.06.26 00:32 22
CNN-in iddiaları kobud informasiya manipulyasiyasıdır

İyunun 5-də CNN özünün uydurduğu “mənbələrə” istinad edərək İsrailin İranla apardığı müharibə zamanı guya Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı iddiaların yer aldığı material yayımlayıb.

Dünyanın tanınmış transmilli media şirkətinin heç bir fakta istinad etmədən açıq-aşkar feyk məlumat tirajlamasını məqsədli şəkildə həyata keçirilmiş kobud informasiya manipulyasiyası hesab edirik. Bu fikirlər Medianın İnkişafı Agentliyinin açıqlamasında yer alıb. Bildirilib ki, dezinformasiya yaymaqla CNN özünün reputasiyasını ləkələməklə yanaşı, həm də hibrid müharibənin propaqanda aləti kimi çıxış edib.

CNN-in yaydığı dezinformasiya Azərbaycana və bütünlükdə regional təhlükəsizliyə qarşı yönəlmiş siyasi təxribatdır. Bu məlumatın yayılması regional sabitliyə və dövlətlərarası münasibətlərə zərbə vurmağa, regionda gərginlik yaratmağa hesablanıb. Dəfələrlə ən yüksək rəsmi səviyyədə bəyan edilib ki, Azərbaycan ərazisindən heç bir halda İrana qarşı istifadə olunmayıb. 

Agentlik CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edib. 

banner

Oxşar Xəbərlər