• cümə, 29 Mart, 12:07
  • Baku Bakı 14°C

XİN: "İrandakı anti-Azərbaycan kampaniyası səfirliyə hücumlara rəvac verib"

27.01.23 13:30 594
XİN: "İrandakı anti-Azərbaycan kampaniyası səfirliyə hücumlara rəvac verib"

"İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub".

Kaspi.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin ölkəmizin İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı yaydığı bəyanatda qeyd edilib.

Bildirilib ki, bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb: “Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir

Son zamanlar İranda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılmasının diplomatik missiyamıza qarşı bu kimi hücumlara rəvac verdiyi qənaətindəyik”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

banner

Oxşar Xəbərlər