Vladimir Putin Prezident İlham Əliyevə zəng edib
![Vladimir Putin Prezident İlham Əliyevə zəng edib](https://kaspi.az/storage/posts/large/uOZKwjqBklu2e6a2tYy3gI5pCC3JhsgNgG56vzoD.jpg)
Noyabrın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı zamanı Rusiya, Azərbaycan, Ermənistan liderləri arasında 2022-ci il oktyabrın 31-də Soçidə əldə olunmuş razılaşmaların, eləcə də üç ölkənin yüksək səviyyədə əvvəlki birgə bəyanatlarının praktiki olaraq icrası məsələləri nəzərdən keçirilib. Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin olunması və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpa edilməsi üzrə üçtərəfli formatda işin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Energetika sahəsində əməkdaşlığın inkişaf perspektivləri də müzakirə edilib.
![banner](/images/kaspibanner.jpg)