• cümə, 29 Mart, 17:25
  • Baku Bakı 14°C

Türkiyəli nazir: "İnflyasiyanın sürətlənəcəyini gözləmirik"

02.05.22 16:30 963
Türkiyəli nazir: "İnflyasiyanın sürətlənəcəyini gözləmirik"

Türkiyə hökuməti yaxın vaxtlarda ölkədə illik inflyasiyanın sürətlənəcəyini gözləmir.

"Report" “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bunu qonşu ölkənin maliyyə naziri Nurəddin Nebati bildirib.

Onun sözlərinə görə, hökumət uzunmüddətli perspektivdə də qiymət artımı tendersiyası görmür.

Xatırladaq ki, bu ilin mart ayında Türkiyədə illik inflyasiya 61,1% təşkil edib:

“Dekabr ayından bəri həyata keçirdiyimiz tədbirlər maliyyə bazarlarında sabitliyi təmin etməyə və valyuta dalğalanmalarını nəzarət altına almağa imkan verib. Biz ən qısa zamanda, ilk növbədə, aylıq inflyasiya ilə bağlı vəziyyətin normallaşacağını gözləyirik. Gözləyirik ki, əmtəə qiymətlərinin normallaşması, məzənnənin sabitliyi və həyata keçirdiyimiz əlavə tədbirlər inflyasiyanın əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq”, - deyə nazir qeyd edib.

banner

Oxşar Xəbərlər