çərşənbə, 25 May, 21:01

Baku Bakı 19°C

Türkiyə səfiri: "Azərbaycanın inkişafı üçün bir çox layihələr həyata keçiriləcək"

icon 197 icon 13 may 2022 | 15:45 Türkiyə səfiri: "Azərbaycanın inkişafı üçün bir çox layihələr həyata keçiriləcək"

“Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30-cu ildönümünü taclandıran “Şuşa bəyannaməsi”ndən sonra inkişaf edən əməkdaşlığımız bu gün də yüksək səviyyədə davam edir. İki ölkə arasındakı əlaqələrin bütün sahələri əhatə etməsi üçün əlimizdən gələni edirik”.

Kaspi.az xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bütün sahələrdə Azərbaycanın inkişafı üçün bir çox layihələrin həyata keçirilməsi planlaşdırılır: “Xəstəxana idarəçiliyi və maliyyə mövzusunda Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, eləcə də digər aidiyyəti qurumlarla əməkdaşlıq davam etdiriləcək. Hətta akademik təcrübənin də Azərbaycanda tətbiqi də planlaşdırılır”.