cümə, 24 Mart, 22:46

Baku Bakı 15°C

Türkiyə, Rusiya və İran rəsmiləri Moskvada görüşəcəklər

icon 1287 icon 14 yanvar 2023 | 10:15 Türkiyə, Rusiya və İran rəsmiləri Moskvada görüşəcəklər

Türkiyə, Rusiya və İran rəsmiləri fevralın 10-da Moskvada görüşəcəklər.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, tərəflər taxılın dünyaya ədalətli paylanması və ərzaq böhranının qarşısının alınması yollarını müzakirə edəcəklər.

İclasda, həmçinin bank-maliyyə, logistika və gömrük sahəsində problemlər haqqında fikir mübadiləsi aparılacaq.

Görüşdə iştirak edəcək rəsmilərin adları açıqlanmayıb.