şənbə, 02 Iyul, 03:06

Baku Bakı 22°C

Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri Ankarada taxıl tədarükü problemini müzakirə edəcəklər

icon 173 icon 22 iyun 2022 | 14:30 Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri Ankarada taxıl tədarükü problemini müzakirə edəcəklər

Türkiyə, Rusiya, Ukrayna və BMT-nin nümayəndə heyətləri Ankarada bir araya gələcək.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Dördtərəfli görüşdə Ukraynadan taxıl tədarükü məsələsi müzakirə olunacaq.

Xatırladaq ki, eyni məsələ Rusiya və Türkiyə hərbi heyətlərinin Moskvada keçirilmiş görüşündə də müzakirə olunub.