çərşənbə axşamı, 05 iyul, 23:01

Baku Bakı 30°C

Sergey Lavrov Bakıya gəlib

icon 171 icon 23 iyun 2022 | 18:00 Sergey Lavrov Bakıya gəlib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-də Tehrandan Azərbaycana ikigünlük səfərə gəlib.

Trend bu barədə TASS agentliyinə istinadən məlumat verir.

Səfər zamanı S.Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü planlaşdırılır.

Qeyd edək ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirmişdi ki, nazirlər arasında görüşdə xüsusi diqqət 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci ildə imzalanmış üçtərəfli razılaşmaların reallaşdırılmasına yönəldiləcək. Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafının bütün kompleks məsələləri nəzərdən keçiriləcək.