• çərşənbə axşamı, 19 mart, 08:24
  • Baku Bakı 8°C

Səfirliyə hücumun pərdəarxası məqamları - VİDEO

28.01.23 05:45 1655
Səfirliyə hücumun pərdəarxası məqamları - VİDEO

27 yanavar Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Kaspi.az xəbər verir ki, səfirliyə hücumun pərdəarxası məqamları “AzTv”nin efirində jurnalist Ətayə Ələmdarqızının aparıcılığı ilə “Əsas məsələ”də müzakirə olunub.

Müzakirələrdə Milli Məclisin deputatı Nizami Səfərov, beynəlxalq münasibətlər üzrə mütəxəssis Emin Əliyev, politoloq Sahil İsgəndərov, siyasi şərhçi Həmid Herisçi və Azərbaycan Yazıçılar İttifaqının Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz iştirak edib.

banner

Oxşar Xəbərlər