şənbə, 02 Iyul, 02:46

Baku Bakı 22°C

Rusiyanın xarici işlər naziri İran Prezidenti ilə görüşüb

icon 144 icon 23 iyun 2022 | 09:00 Rusiyanın xarici işlər naziri İran Prezidenti ilə görüşüb

İranda işgüzar səfərdə olan Rusiyanın xarici işlər naziri Serqey Lavrov Prezident İbrahim Rəisi ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Serqey Lavrov İranın Prezidenti ilə Ukrayna, Suriya, Yəmən, Əfqanıstan və Zaqafqaziyadakı siyasi prosesləri müzakirə edib. Görüşdə, həmçinin Aşqabadda keçiriləcək Xəzəryanı dövlətlərin rəhbərlərinin zirvə tolantısında müzakirə olunacaq məsələlərə də toxunulub.

İyunun 23-də Serqey Lavrov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşəcək. Görüşdə regional və qlobal siyasi məsələlər müzakirə olunacaq. Bunlarla yanaşı İranın nüvə proqramı da müzakirə mövzusu olacaq.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Serqey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianın dəvəti ilə Tehranda səfərdədir.