• cümə, 26 Aprel, 06:36
  • Baku Bakı 12°C

Rəşad Nəbiyev Gürcüstanda səfərdədir

06.07.22 15:45 797
Rəşad Nəbiyev Gürcüstanda səfərdədir

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstana səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, nazir Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə birgə Tbilisidə Heydər Əliyev adına parkda ümummilli liderin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib.

R.Nəbiyev birgünlük səfər çərçivəsində Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili və Baş nazir İrakli Qaribaşvili ilə görüşəcək. Tərəflər iki ölkə arasında nəqliyyat və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.

banner

Oxşar Xəbərlər