• cümə axşamı, 25 aprel, 20:57
  • Baku Bakı 21°C

Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq

30.06.22 20:00 767
Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdakı günlərdə Rusiyanın dövlət başçısı Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparacaq.

“Report” xəbər verir ki, bunu Türkiyə lideri NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

“Bizim bir “yol xəritəmiz” artıq formalaşıb. Bizim 20-yə yaxın ərazidə gəmilərimiz var. Odur ki, dəhlizin açılmasına çalışacağıq”, - o bildirib.

Ərdoğan vurğulayıb: “Mən siyasətçiyəm, 40 illik təcrübəm var. Müxtəlif vəzifələrdə çalşımışam. Siyasət dava-dalaş içşi deyil. Siyasətdə dost qazanmaq üçün çalışmalısan. Nə qədər düşmən qazansan, o qədər itirərsən. Putinlə tanışlığımın müddəti daha çoxdur, nəinki Zelenski ilə. Ortada bir həqiqət var. Biz Ukrayna və Rusiyanın təmsilçilərini görüşdürdük və yeni mərhələ başlandı. Bundan sonra da həmin mərhələnin davam etməsini istəyirik”.

banner

Oxşar Xəbərlər