• cümə, 29 Mart, 14:17
  • Baku Bakı 14°C

Ərdoğan: “Can Azərbaycan” sözünü boş-boşuna demirik, oradakılar canımızdır”

27.05.23 20:45 799
Ərdoğan: “Can Azərbaycan” sözünü boş-boşuna demirik, oradakılar canımızdır”

“Can Azərbaycan” sözünü boş-boşuna demirik, oradakılar bizim canımızdır”

“Report”un Türkiyəyə ezam olunan əməkdaşının xəbərinə görə, bunu “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi siyasi təşkilatın mayın 27-də İstanbul Beykozda təşkil etdiyi mitinqində çıxışı zamanı deyib.

“CHP sədri indi də milliyyətçilik oyunu oynayır. Milliyyətçilik Azərbaycanla çiyin-çiyinə verib Qarabağı 30 illik işğaldan azad etməkdir. CHP Azərbaycanla bağlı fikirlərini elə qardaş ölkədə səfir olmuş birinin sözləri ilə nümayiş etdirib. İndi həmin adamın Azərbaycana girişi qadağandır. Bu cür xaini ölkələrinə buraxarlar? Əlbəttə ki, yox. Bundan sonra da azərbaycanlı qardaşlarımızın yanında olacağıq. Türkiyənin şərəfinə xələl gəlməsinə əsla icazə vermərik”.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.

banner

Oxşar Xəbərlər