• cümə, 29 Mart, 13:36
  • Baku Bakı 14°C

Qərbi Azərbaycan İcmasında Türkiyənin Azərbaycandakı səfiri ilə görüş keçirilib

23.01.23 13:00 950
Qərbi Azərbaycan İcmasında Türkiyənin Azərbaycandakı səfiri ilə görüş keçirilib

Qərbi Azərbaycan İcmasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüş keçirilib.

“Report” xəbər verir ki, C.Bağcı, səfirliyin müşaviri Zeynep Kıvılcım və lll katib Gencehan Babiş İcmanın binasını ziyarət edib.

Görüşdə İcmanın əsas orqanlarının rəhbərləri - İdarə Heyətinin sədri Əziz Ələkbərli, İdarə Heyətinin sədr müavini Ramil Həsən, Müşahidə Şurasının sədri Misir Mərdanov, Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov, Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı və Gənclər Şurasının sədri Ramin Məmmədov iştirak ediblər.

Görüş zamanı səfirin diqqətinə çatdırılıb ki, Ermənistan hökuməti qovulmuş azərbaycanlıların hüquqlarını bərpa etmək sahəsində tədbir görməkdən imtina edir və onları vətənlərində yaşamaq hüququndan istifadə imkanından məhrum etməkdə davam edir.

Qeyd olunub ki, qovulmuş azərbaycanlıların Ümumdünya İnsan Haqları Bəyannaməsi və digər beynəlxalq konvensiyalar çərçivəsində tanınmış hüquqlarının təmin edilməsi üçün beynəlxalq ictimaiyyətin dəstəyi vacibdir.

Ə.Ələkbərli çıxışında İcmanı ilk ziyarət edən xarici dövlət təmsilçisinin Türkiyə səfiri olmasından böyük məmnunluq duyduqlarını bildirib və diplomata ötən əsr boyunca dörd dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə azərbaycanlıların öz ata-baba yurdundan, indi Ermənistan adlanan coğrafi məkandan deportasiya edilməsi, bu hadisələr zamanı azərbaycanlılara qarşı törədilmiş müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər barədə məlumat verib.

banner

Oxşar Xəbərlər