• cümə, 29 Mart, 11:38
  • Baku Bakı 5°C

Qəbul olunmuş dövlət proqramlarının müsbət nəticələri

28.07.22 15:15 5102
Qəbul olunmuş dövlət proqramlarının müsbət nəticələri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 25 iyul tarixində Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı çıxışında bir çox mühüm məsələlərə münasibət bildirmişdir. İlk növbədə bildirimişdir ki, Regionların Sosial- İqtisadi inkişafına dair qəbul olunmuş Dövlət Proqramları öz müsbət nəticələrini verir. Bu Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində respublikamızın bütün rayonlarında geniş abadlıq-quruculuq işləri həyata keçirilib. Böyük infrastruktur layihələri icra edilib və uzun ilər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qaldırılıb. Rayonların sosial-iqtisadi inkişafına böyük töhfə verilib. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunub, hər rayonda müasir xəstəxana, tibb ocaqları, çoxlu sayda məktəblər inşa edilib. Yeni iş yerlərinin yaradılmasına xüsusi əhəmiyyət verilib. Yeni infrastruktur layihələri iş yerlərinin yaradılmasına xidmət göstərir.

Azərbaycanda demoqrafik vəziyyətin müsbət dinamikasını qeyd edən cənab Prezident bildirmişdir ki, “Ölkə əhalisi artır. Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur. Bu, təbii olaraq tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın. Eyni zamanda , ödənişli sosial işlərin yaradılması da geniş vüsət almışdır”.

Şəhid ailələrinə, müharibə əlillərinə xüusi diqqət və qayğının göstərilməsinin vacibliyindən danışan cənab Prezident qeyd etmişdir ki, dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Şəhid ailələrinin və müharibə əlillərinin məişət problemləri dövlət xətti ilə həll olunur. Şəhid ailələrinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Cənab Prezident bildirmişdir ki, rayon icra orqanlarının nümayəndələri bu kateqoriyadan olan insanlara biganə qalmamalı, əksinə, daim onların yaşayışı ilə maraqlanmalıdır. Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun.

Ölkəmizin böyük presprktivlərə və çox böyük potensiala malik olduğunu bildirın cənab Prezident qeyd etmişdir ki,” Azərbaycanın çox böyük prespektivləri var, çox böyük potensialı var, xüsusilə ikinci Qarabağ müharibəsindəki tarixi Zəfərdən sonra ki, biz bu ədalətsizliyə son qoyduq, öz gücümüzlə tarixi ədaləti bərpa erdik. Biz müzəffər xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq və ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem olmasın, heç bir ədalətsizlik olmasın”.

Rauf Əliyev

Milli Məclisin deputatı

 

banner

Oxşar Xəbərlər