• şənbə, 24 May, 05:51
  • Baku Bakı 17°C

Qazaxıstanlı nazir təyyarə qəzasından danışdı

24.05.25 00:15 74
Qazaxıstanlı nazir təyyarə qəzasından danışdı

Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzasının araşdırılması toplanmış materialların tədqiqatı mərhələsindədir.

“Report”un məlumatına görə, bu barədə Qazaxıstanın Nəqliyyat naziri Marat Karabayev Senatda bildirib.

"Birinci mərhələ materialların toplanması idi. O mərhələ başa çatıb. İndi ikinci mərhələ - toplanmış materialların tədqiqatı aparılır və hazırda araşdırma mərhələsindəyik. Bu çərçivədə yerli və xarici mütəxəssislər ICAO ilə birlikdə Bakıda, Qroznıda, həmçinin Rostov-na-Donda olublar", - M.Karabayev qeyd edib.
Nazir əlavə edib ki, materiallar tədqiqatlar üçün Qazaxıstandadır.

 

banner

Oxşar Xəbərlər