• cümə axşamı, 28 mart, 16:55
  • Baku Bakı 16°C

Qazaxıstan, Özbəkistan və Qırğızıstandan Ukrayna qadağası

22.09.22 09:00 740
Qazaxıstan, Özbəkistan və Qırğızıstandan Ukrayna qadağası

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan Qazaxıstan, Özbəkistan və Qırğızıstan öz vətəndaşlarının Ukraynaya qarşı müharibədə iştirakına qarşı çıxıblar.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Qırğızıstanın Rusiyadakı səfirliyi sentyabrın 21-də öz vətəndaşlarının xarici dövlətlərin ərazisində hərbi əməliyyatlarda iştiraka görə cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirib. Rusiyada yaşayan və hər hansı hərbi əməliyyatlarda iştiraka çağırılacaq Qırğızıstan vətəndaşlarına dərhal öz ölkəsinin diplomatik nümayəndəliyi ilə əlaqə saxlamaları tövsiyə olunur.

Müharibəyə gedənlər 5 ildən 10 ilə qədər həbs riski ilə üzləşir, əmlakının müsadirə olunması da mümkündür. Özbəkistan və Qazaxıstan hakimiyyəti də bir gün əvvəl oxşar mövqedən çıxış edib.

Özbəkistanın Rusiyadakı səfirliyi bildirib ki, o, həmvətənlərini cinayət məsuliyyəti müəyyən edilmiş xarici dövlətlərin ərazisində könüllü batalyonların yaradılmasına və ya hərbi əməliyyatlarda iştirakına qarşı xəbərdar edir.

banner

Oxşar Xəbərlər