cümə, 12 Avqust, 07:14

Baku Bakı 22°C

Putin iqtisadiyyatı uzunmüddətli müharibəyə hazırlayır

icon 254 icon 02 iyul 2022 | 12:45 Putin iqtisadiyyatı uzunmüddətli müharibəyə hazırlayır

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri hesab edirlər ki, Rusiya Prezidenti Vladimir Putin ölkə iqtisadiyyatını uzunmüddətli müharibəyə hazırlayır və ordunun maliyyə təminatı üçün şərait yaradır.

Bu barədə “Report” UNIAN-a istinadən xəbər verir.

Analitiklər Rusiya Dövlət Dumasında baxılması üçün federal qanunlara düzəlişlərin daxil olduğunu vurğulayırlar. Bu düzəlişlər yerli müəssisələrin hərbi əməliyyatların aparılmasında Silahlı Qüvvələrə dəstək göstərməsini nəzərdə tutur.

“Düzəlişlər Rusiya müəssisələrinin dövlətin “xüsusi hərbi əməliyyatlar”ın təminatına yönəlmiş sifarişlərini qəbul etməkdən imtina etməsini qadağan edir. Bundan başqa, düzəlişlərdə işçilərin müqavilələrinin və əmək şərtlərinin dəyişdirilməsi nəzərdə tutulur, bu isə işçilərin gecələr və ya dövlət səviyyəli bayram günlərində işləməsinə yönəlib”, - ISW-nin məlumatında deyilir.

Düzəlişlərdə qeyd olunur ki, Ukraynada aparılan “xüsusi hərbi əməliyyat” bir çox materialların, o cümlədən hərbi texnikanın təmiri üçün tələb olunan materialların təminatında çatışmazlıqları ortaya çıxarıb.

ISW analitikləri hesab edirlər ki, Rusiya Ukrayanda yerləşən Zaporojye Atom Elektrik Stansiyasının (AES) Rusiyanın enerji sisteminə inteqrasiyasını həyata keçirməyə çalışır.