• cümə, 29 Mart, 02:38
  • Baku Bakı 7°C

Prezident İlham Əliyevin Ermənistana verdiyi mesajlar

15.08.22 13:45 925
Prezident İlham Əliyevin Ermənistana verdiyi mesajlar

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Ermənistana çox dolğun və konkret mesajlar verdi. Diqqət çəkən əsas məqamlardan biri də üçtərəfli Bəyanatın bütün müddəalarının Ermənistan tərəfindən tam yerinə yetirilməsi tələbi idi. Çünki Vətən müharibəsindən ötən iki ilə yaxın müddətdə Ermənistan tərəfi üzərinə götürdüyü öhdəliklərə tam əməl etmir.

Bu fikirləri politoloq İlyas Hüseynov söyləyib.

“Laçın dəhlizinə alternativ yolun istifadəyə verilməsi Azərbaycan Liderinin uzaqgörən siyasətinin nəticəsi olmaqla yanaşı, 2020-ci noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan lideri arasında imzalanmış Birgə Bəyanata uyğun şəkildə həyata keçirilib. Üçtərəfli Bəyanatın 6-cı maddəsində nəzərdə tutulan və Laçın şəhərinin mərkəzinə daxil olmadan keçən yol bütün beynəlxalq standartlara uyğundur və yüksək səviyyədə inşa edilib. Eyni zamanda, alternativ yola nəzarət imkanları daha genişdir”,- deyə İlyas Hüseynov vurğulayıb.

Politoloq qeyd edib ki, Laçın dəhlizi vasitəsilə qeyri-qanuni yükdaşımaların dəfələrlə şahidi olmuşuq. Bundan əlavə, Ermənistan tərəfi çoxsaylı qanunsuz səfərlər təşkil etməklə təhrikçi və təxribatçı addımları ilə regional sülhü və təhlükəsizliyi təhdid altında qoyub. Buna görə də bütün texniki imkanlardan istifadə etməklə alternativ yola nəzarətin gücləndirilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi arzuolunandır. Bununla yanaşı, "Qisas" antiterror əməliyyatının uğurlu nəticələri əyani şəkildə görünür. Belə ki, Qırxqız, Sarıbaba, Buzdux və digər hakim yüksəkliklərin Ordumuzun nəzarətinə keçməsi hərbi-strateji baxımdan mühüm əhəmiyyət kəsb edir.

O əlavə edib ki, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin boşaldılması prosesi icra olunur. Müzəffər Ordumuz bununla regionun sabitliyinə və təhlükəsizlik arxitekturasına daha dayanıqlı şəkildə zəmanət verir. Tarixi, coğrafi, nəqliyyat və beynəlxalq hüquq baxımından Azərbaycana bağlı olan Qarabağın dağlıq hissəsində ermənilərin siyasi və hüquqi statusla bağlı çağırışları heç bir nəticə vermir və bu məsələ tarixin arxivinə göndərilib. Azərbaycan bütün siyasi dialoq və platformalarda öz qırmızı cizgilərini dəqiq xarakterizə edib. Suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmamaqla bağlı rəsmi Bakının sərt və prinsipial mövqeyi, regionda yaranan yeni geosiyasi reallıqlarla bütün beynəlxalq güc mərkəzləri hesablaşırlar.

banner

Oxşar Xəbərlər