• şənbə, 27 Iyul, 04:16
  • Baku Bakı 27°C

Prezident Almaniyada səfərdədir

17.02.24 00:09 2786
Prezident Almaniyada səfərdədir

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyaya səfər edib. Xatırladaq ki, konfrans fevralın 18-ə qədər davam edəcək.

Münxen şəhərində səfərdə olan Prezident İlham Əliyev bir sıra ikitərəfli görüşlər keçirib. Prezidentin qarşı tərəfin müraciətinə əsasən İtaliyanın "Leonardo" şirkətinin baş həmdirektoru Lorenzo Marianinin görüşü olub.

Dövlət başçısı yenə də qarşı tərəfin müraciətinə əsasən ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq ilə bir araya gəlib.

Prezident İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Bassonun görüşü reallaşıb.

Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynin də görüşü olub.

 Prezident İlham Əliyev qarşı tərəfin müraciətinə əsasən Almaniya Bundestaqının Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı fraksiyasının xarici, təhlükəsizlik və müdafiə siyasəti üzrə sədr müavini, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohan David Vadefulla da bir araya gəlib.

 

banner

Oxşar Xəbərlər