• şənbə, 13 Iyun, 01:22
  • Baku Bakı 23°C

Portuqaliyada səfirliyimiz açılacaq 

13.06.26 00:02 21
Portuqaliyada səfirliyimiz açılacaq 

Milli Məclis Azərbaycanın Portuqaliyada səfirliyinin təsis edilməsini təsdiqləyib. "Report" xəbər verir ki, bununla bağlı məsələ parlamentin növbədənkənar sessiyasının iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən səfirlik Lissabon şəhərində yerləşəcək.

Milli Məclisin deputatı Samir Vəliyev bildirib ki, Azərbaycanla Portuqaliya münasibətləri dostluq əlaqələri üzərində qurulub: "Azərbaycanın Lissabonda səfirliyinin açılması iki ölkə arasında əlaqələrə ciddi töhfələr verəcək. Bu eyni zamanda parlamentlərarası münasibətə də təkan verəcək".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da iki ölkə arasında münasibətlərin yaxşı olduğunu deyib: "Bu yaxınlarda Portuqaliyanın da Azərbaycanda səfirliyi fəaliyyətə başlayacaq". 
Müzakirələrdən sonra layihə bir oxunuşda qəbul edilib. 

banner

Oxşar Xəbərlər