çərşənbə, 06 Dekabr, 19:18

Baku Bakı 11°C

PA rəsmisi: "Bu gün ayrı-ayrı regionlarda xəritələr yenidən cızılır"

icon 653 icon 28 sentyabr 2022 | 12:00
PA rəsmisi: "Bu gün ayrı-ayrı regionlarda xəritələr yenidən cızılır"


"Beyin mərkəzləri dövlətin gələcək idarə edilməsi strategiyasının tərkib hissəsidir".

Bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova Beyin Mərkəzlərinin I Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, beyin mərkəzləri proqnozlar verir, gələcəyin mümkün ssenarisini hazırlayır: "Bu gün ayrı-ayrı regionlarda xəritələr yenidən cızılır. Bu beyin mərkəzləri üçün yeni çağırışdır. Analitik mərkəzlər qeyri-müəyyən gələcəyə hazır olmalıdır".

S.Yusifovanın sözlərinə görə, siyasi qütbləşmə dünyadakı analitik mərkəzləri narahat edən məsələlərdəndir: "Hazırda beyin mərkəzlərinin qarşısında duran daha bir çağırış informasiyanın hazırkı sürətinə uyğunlaşmaqdır. İnformasiya texnologiyalarının inkişafı məlumat bolluğu yaradır və məlumatın toplanmasına asanlaşdırır. Lakin, eyni zamanda, dezinformasiyalar artır".