Növbədənkənar parlament seçkiləri təyin edildi

Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla növbədənkənar seçkilər sentyabrın 1-nə təyin edilib.
Qeyd edək ki, parlamentin iyunun 21-də keçirilən plenar iclasında Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib.
Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirdiyi iclasında Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğun olması barədə qərar verilib.
