• cümə, 29 Mart, 15:10
  • Baku Bakı 14°C

Ned Prays: “Blinken Ermənistan və Azərbaycan arasında sülhə dəstəyimizi təsdiqləyib”

25.05.22 10:00 549
Ned Prays: “Blinken Ermənistan və Azərbaycan arasında sülhə dəstəyimizi təsdiqləyib”

ABŞ dövlət katibi Entoni Blinken Birləşmiş Ştatların Ermənistan və Azərbaycana uzunmüddətli və hərtərəfli sülhə nail olmaqda ikitərəfli formatda dəstəyini bir daha təsdiqləyib.

“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib. “Dövlət katibi bizim Ermənistanın Baş naziri ilə Azərbaycan Prezidenti arasında (Aİ-nin vasitəçiliyi ilə-red) dialoqa dəstəyimizi təsdiqlədi”, - Dövlət Departamentinin rəsmisi vurğulayıb.

Praysın sözlərinə görə, ABŞ dövlət katibi Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası səylərinə kömək etməyə hazır olduğunu bildirib.

“O, nəqliyyat əlaqələrinin və kommunikasiyaların blokdan çıxarılması prosesində davamlı irəliləyişə çağırıb. Regiondakı problemlərin həlli üçün ikitərəfli dialoqun davam etdirilməsinin vacibliyini qeyd edib”, - Ned Prays vurğulayıb.

banner

Oxşar Xəbərlər