• cümə axşamı, 28 mart, 18:50
  • Baku Bakı 13°C

Nazir: Azərbaycanın təhlükəsizliyini İranın təhlükəsizliyi kimi görürük

31.10.22 19:00 1273
Nazir: Azərbaycanın təhlükəsizliyini İranın təhlükəsizliyi kimi görürük

Azərbaycanın təhlükəsizliyini İranın təhlükəsizliyi kimi görürük. Bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon söhbəti zamanı deyib.

AZƏRTAC İranın “Mehr” informasiya agentliyinə istinadla xəbər verir ki, oktyabrın 30-da İran və Azərbaycanın xarici işlər nazirləri telefon söhbəti zamanı regiondakı vəziyyəti müzakirə ediblər.

Söhbət zamanı nazir Hüseyn Əmir Abdullahian nəzərə çatdırıb ki, Azərbaycan daxil olmaqla İran region dövlətlərinin ərazi bütövlüyünü tanıyır və suverenliyinə hörmətlə yanaşır. Xarici dövlətlərin hərbi hissələrinin regiona cəlb edilməsi münasibətlərə zərər vura bilər. O, İran və Azərbaycan prezidentlərinin Astana görüşünə toxunub və bildirib ki, iki ölkə arasındakı əlaqələr inkişaf edir.

Nazir regiondakı problemlərin 3+3 formatında əməkdaşlıqla həll oluna biləcəyinə inandığını ifadə edib və diqqətə çatdırıb ki, rəsmi Tehran Azərbaycanla Ermənistan arasındakı problemin həll olunmasi üçün əlindən gələni edəcək.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

banner

Oxşar Xəbərlər