• cümə, 29 Mart, 10:51
  • Baku Bakı 5°C

Mirzoyan: "Bütün kommunikasiya əlaqələrini açmağa hazırıq"

24.03.23 12:47 935
Mirzoyan: "Bütün kommunikasiya əlaqələrini açmağa hazırıq"

"Ermənistan bütün kommunikasiya əlaqələrini açmağa hazırdır".

“Report” xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Misirin “Əl Qahirə nuys” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, Bakı və İrəvan arasında müzakirələrin fərqli komponentləri var: “Birincisi, regionda bütün nəqliyyat kommunikasiyalarının açılması, ikincisi, sərhədin demarkasiyası və sərhədlərin təhlükəsizliyinin təmin edilməsi, üçüncüsü isə sülh sazişidir”.

Nazirin sözlərinə görə, kommunikasiya məsələsində mövqelər üst-üstə düşür.

“2020-ci ildə baş vermiş müharibədən sonra sülh müqaviləsi ilə bağlı Azərbaycanla danışıqlar davam edir”, - A.Mirzoyan söyləyib.

banner

Oxşar Xəbərlər