Məzahir Pənahov: “Xalq öz liderini seçdi”
![Məzahir Pənahov: “Xalq öz liderini seçdi”](https://kaspi.az/storage/posts/large/3CLuJhnR6ENpQrrn9gzI68x1qrNJGaOnnOtt9f8p.jpg)
“100 faizlik nəticəni hesablamaq üçün altı faizdən bir qədər çox seçki məntəqəsindən səslərin daxil olmasını gözləyirik”. Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 7 fevral növbədənkənar prezident seçkisinin yekunlarına həsr olunan tədbirdə məlumat verib.
O bildirib ki, altı faizdən bir qədər çox seçki məntəqəsindən MSK-ya daxil olacaq nəticələr hazırki vəziyyəti dəyişməyəcək: “Açılacaq bülletenlər seçki nəticələrinə təsir etməyəcək. Xalq səsvermə hüququndan istifadə edərək öz liderini seçdi”.
![banner](/images/kaspibanner.jpg)