• çərşənbə, 28 Fevral, 02:59
  • Baku Bakı -3°C

Jakip Asanov: “Məntəqədə sakit mühit, bayram əhvali-ruhiyyəsi hökm sürür”

07.02.24 09:56 950
Jakip Asanov: “Məntəqədə sakit mühit, bayram əhvali-ruhiyyəsi hökm sürür”

“Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) xeyli iş görüb və bunun sayəsində prezident seçkisinin uğurlu təşkili mümkün olub”.

“Report” xəbər verir ki, bu barədə MDB Parlamentlərarası Assambleyasının (PA) missiyasının rəhbəri Jakip Asanov jurnalistlərə deyib.

“Bu seçki məntəqəsi açılmazdan öncə seçki qutularına baxış keçirdik və onların möhürləndiyinə əmin olduq. Səsvermə kabinələrinə və ümumiyyətlə, seçki məntəqəsində işin necə təşkil olunduğuna baxdıq, seçki məntəqə komissiyasının sədri ilə də söhbət etdik”, - o vurğulayıb.
J.Asanov qeyd edib ki, səsvermə başlayandan sonra seçicilər arasında sakit ab-hava, bayram əhvali-ruhiyyəsi müşahidə olunub.

“Biz seçki məntəqəsinin açılışından xeyli tez gəlmişik, lakin artıq burada nə qədər insanın toplaşdığının və 8 saat seçki məntəqəsinin açılışını gözlədiyinin şahidi olduq”, - o əlavə edib.

banner

Oxşar Xəbərlər