• şənbə, 18 Oktyabr, 03:23
  • Baku Bakı 14°C

İqlim risklərinin miqyasında kəskin artım

18.10.25 00:15 83
İqlim risklərinin miqyasında kəskin artım

Bakıda III Azərbaycan Milli Şəhərsalma Forumu öz işinə başlayıb. Forum çərçivəsində müxtəlif mövzularda panel müzakirələr təşkil olunub. Ən maraqlı müzakirələrdən biri “İqlimə davamlı və sağlam şəhərlər” adlı panel sessiyasında qeydə alınıb. 

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Davamlı Şəhər İnkişafı şöbəsinin rəhbəri Kurt Qarriqanın sözlərinə görə, BMT tədqiqatları göstərir ki, bəzi ölkələrdə iqlim siyasətləri ya zəif, ya da orta səviyyədə şəhər komponentinə malikdir. Lakin Azərbaycan bu baxımdan fərqlənir. Ölkə yerli səviyyədə həlləri milli məqsədlərə daxil etməklə “iqlim çempionu” statusunu qazanıb.

UNESCAP rəsmisi bildirib ki, iqlim dəyişikliyi ilə mübarizə yalnız qlobal siyasət deyil, həm də yerli və urban səviyyədə tədbirlərin həyata keçirilməsini tələb edir.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib ki, Bakıda temperatur 36 dərəcəni keçdikdə ölüm göstəricilərində kəskin artım müşahidə olunur. Onun sözlərinə görə, paytaxtda havanın maksimum temperaturu ilə ölüm halları arasında birbaşa əlaqə müəyyən olunub: "İnsan sağlamlığı üçün komfort temperatur 24–28 dərəcədir. Temperatur 36 dərəcəni keçdikdə ölüm göstəricilərində kəskin artım müşahidə olunur. Bu səbəbdən erkən xəbərdarlıq sistemi risklərin azaldılmasında mühüm əhəmiyyət daşıyır".

U.Tağıyeva bildirib ki, son on ildə Azərbaycanda iqlim risklərinin miqyası kəskin artıb. Onun sözlərinə görə, bu dövrdə daşqın hadisələrinin sayı 80 dəfədən çox, quraqlıqların davametmə müddəti isə 18 % artıb: "30 dərəcədən yüksək temperatur olan günlərin sayı altı dəfə, meşə yanğınları beş dəfə, güclü küləklər (saniyədə 25 metrdən artıq sürətlə) 12 dəfə, intensiv yağıntı hadisələri isə altı dəfə çoxalıb".

banner

Oxşar Xəbərlər