• bazar, 08 Sentyabr, 03:31
  • Baku Bakı 18°C

İlham Əliyevin Pakistana səfəri başa çatıb

13.07.24 00:56 1989
İlham Əliyevin Pakistana səfəri başa çatıb

İyulun 12-də İslamabadda Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdarinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə dövlət ziyafəti verilib.

Həmin gün İslamabadda Prezident İlham Əliyevin pakistanlı həmkarı Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü olub.
Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Pakistanın və Azərbaycanın daim bir-birini dəstəkləməsi, xüsusilə torpaqlarımız otuz il ərzində işğal altında olduğu dövrdə Pakistanın ölkəmizə siyasi dəstəyi, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi, beynəlxalq hüququn prinsiplərini rəhbər tutması yüksək qiymətləndirilib.

Hazırda ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb. Prezident Asif Əli Zərdari Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Dövlətimizin başçısı Pakistan Prezidentini COP29-a dəvət edib. Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin, investisiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasının ərazisindəki “Milli Aerokosmik Elm və Texnologiya Parkı”nda hərbi sərgi ilə də tanış olub.

Dövlət başçısının Pakistan İslam Respublikasına dövlət səfəri iyulun 12-də başa çatıb.

 

banner

Oxşar Xəbərlər