• cümə axşamı, 28 mart, 16:02
  • Baku Bakı 16°C

Heydər Əliyev və gənclər siyasəti

02.02.23 12:13 907
Heydər Əliyev və gənclər siyasəti

Hər bir xalqın tarixində onun taleyini dəyişdirən şəxsiyyyətlər olur. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının taleyini müsbət mənada dəyişdirən xilaskar şəxsiyyətdir. Ulu Öndərin fəaliyyəti hansısa bir sahə ilə məhdudlaşmayıb. Azərbaycanı parlaq gələcəyə aparan hərtərəfli siyasət bütün sahələri əhatə edib. Gənclər siyasəti də böyük siyasətçinin diqqətindən kənarda qalmayıb və onun fəaliyyətiin əsas tərkib hissəsi olub. Ulu Öndər bilirdi ki, gənclərin sağlam və milli ruhda tərbiyələnməsi vacibdir.

Ümummilli liderimiz Heydər Əliyev müstəqilliyin bərpasından sonra yenidən hakimiyyətə gələndə həyata keçirdiyi ilk işlərdən biri də gənclər siyasəti və idman sahəsində fəaliyyəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının yaradılması oldu. O vaxt siyasi sferada vəziyyətin normallaşdırılması, iqtisadiyyatın bərpası, ordu quruculuğu kimi işlərlə yanaşı gənclərlə işin səmərəli təşkili də önəmli amillərdən biri idi. İdeoloji işin gələcəkdə ölkənin suverenliyi və müdafiəsi üçün önəmli amil olduğunu bilən uzaqgörən siyasətçi mühüm xarakter daşıyan çoxsaylı işləri icra etmişdir. Gənc nəslin mütəşəkkil formada yetişdirilməsi istiqamətində görülən işlərin miqyası genişləndirilmişdi.

Ulu öndərin 1996-cı ilin yanvar ayının 26-da imzaladığı sərəncamı ilə fevralın 2-də Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi qərara alınmışdı. Forum gənclər sahəsində görülən əməli işlərdən biri olmaqla ölkə gənclərinin təşkilatlanması, gənclər qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi, gənclərlə işin qurulmasında vacib rol oynadı. Ümummilli liderimizin sərəncamı ilə 2 fevral tarixi 1997-ci ildən Azərbaycan Gənclər Günü kimi qeyd edilməkdədir.

Ümummilli Lider Heydər Əliyev gənclərə etimad göstərməklə yanaşı onların qarşısında ölkənin gələcəyini təmin edəcək vəzifələr qoymuşdur. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyə qeyd edən dahi siyasətçinin bu sözləri onun qayğısı ilə əhatə olunan Azərbaycan gəncliyinin vətənpərvər ruhda böyüməsinə və ölkənin həyatında ciddi rol oynamağına zəmin yaratmışdır. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi gənclər siyasəti, bu siyasətin onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən ali formada davam etdirilməsi və bunların nəticəsində görülən işlər güclü Azərbaycan gəncliyinin yetişməsinə, bu isə dövlətimizin daha da güclənməsinə səbəb olmuşdur.

Şahin İsmayılov

Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini,

YAP İdarə Heyətinin üzvü 

banner

Oxşar Xəbərlər