• şənbə, 20 Aprel, 17:08
  • Baku Bakı 23°C

Cəzasızlıq erməni radikallarını daha da azğınlaşdırır - TƏHLİL

24.09.22 22:30 844
Cəzasızlıq erməni radikallarını daha da azğınlaşdırır - TƏHLİL

Ermənilərin hazırda bir çox ölkələrdə əllərinin-qollarının açılmasına səbəb odur ki, bir müddət əvvəl radikal qrupların səfirliklərimizə hücumları beynəlxalq təşkilatlar və həmin səfirliklərin yerləşdiyi ölkələr tərəfindən lazımınca və düzgün qiymətləndirilmədi. Onlar bu məsələyə həssas münasibət göstərmədilər və protokol xətrinə bir-iki cümlə deyib keçdilər. Bu, beynəlxalq hüququn prinsiplərinə ziddir. Erməni radikal qrupları cəzasız qalmalarından həvəslənərək yeni hücumlar planlaşdırmaqda davam edirlər. Fransadakı Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum cəhdi də məhz bu qəbildəndir. Harada 5-10 dələduz, təxribatçı erməni bir yerə yığışırsa, ağıllarına ilk gələn fikir Azərbaycan səfirliyini hədəfə almaq olur. Fransa dövlətinin və polisinin etinasızlığı, təxribat törədənləri cəzalandırmamaları hiddət doğurur.

Bu fikirləri Milli Məclisin deputatı Elşən Musayev söyləyib.

Deputat diqqətə çatdırıb ki, UNESCO yanında Azərbaycan milli komissiyasının, ölkəmizin Fransadakı səfirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən konfrans üçün xeyli müddətdir hazırlıq gedirdi. Konfransın mövzusu 30 il boyunca işğal altında saxlanılmış Azərbaycan torpaqlarında tarixi və mədəni irsin dağıdılmasıdır. Erməni vandalları məhz bu konfransın keçirilməsinin qarşısını almaq üçün yenə özlərinə xas üslubda mübarizə metodu seçiblər, növbəti yaramazlığa əl atıblar. Onlar Azərbaycanın Fransadakı səfirliyinin mədəniyyət mərkəzinə hücuma cəhd ediblər. Bu, artıq ermənilərdə adətdir. Özlərinin deməyə sözü olmadığı, tarixləri, bütün söylədikləri saxta olduğu üçün onlar hər zaman belə üsullara, nadürüst əməllərə əl atırlar. Onlar həqiqətin üzərinə ancaq balta ilə gedir və vəhşiliklərini Avropanın mərkəzində də nümayiş etdirirlər.

Beynəlxalq təşkilatlar artıq susmamalı, dilə gəlməlidir. Eyni zamanda, erməni cinayətkarlar həbs olunmalı və mühakimə edilməlidir. Cəzasızlıq erməni radikallarını daha da azğınlaşdırır.

E.Musayev vurğulayıb ki, səfirliyin ərazisi milli və beynəlxalq hüquqla dövlət ərazisi hesab edilir. Ona görə də səfirliyə hücum dövlətin ərazisinə, dövlət sərhədinə hücum kimi xarakterizə olunmalı, qiymətləndirilməlidir.

Onun sözlərinə görə, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin binasına hücum cəhdi əvvəldən düşünülmüş, planlı cinayət motividir və ümumilikdə cinayət hadisəsidir. “Həmin cinayətkarların cəzalandırılmasını və ədalət qarşısında cavab verməsini tələb edirik”, - deyə Elşən Musayev bildirib.

banner

Oxşar Xəbərlər