çərşənbə axşamı, 09 avqust, 12:56

Baku Bakı 27°C

Ceyhun Bayramov yaxın günlərdə İrana səfər edəcək

icon 251 icon 02 iyul 2022 | 15:45 Ceyhun Bayramov yaxın günlərdə İrana səfər edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yaxın günlərdə İrana səfər edəcək.

Kaspi.az xəbər verir ki, məlumatı “Farsnews” agentliyi yayıb.

Bildirilib ki, səfər İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianın dəvəti ilə reallaşacaq.

Məlumata görə, Ceyhun Bayramov səfər çərçivəsində bir sıra hökumət rəsmiləri, o cümlədən İran Prezidenti İbrahim Rəisi, parlamentin sədri Məhəmməd Bağır Qalibaf və həmkarı Hüseyn Əmirabdullahianla görüşəcək.