bazar ertəsi, 05 dekabr, 19:46

Baku Bakı 3°C

Çavuşoğlu: "Ermənistan sülh üçün Azərbaycanın təklif etdiyi müqaviləni imzalamalıdır”

icon 557 icon 25 sentyabr 2022 | 09:30 Çavuşoğlu: "Ermənistan sülh üçün Azərbaycanın təklif etdiyi müqaviləni imzalamalıdır”

 "Cənubi Qafqazda daimi sülh və sabitlik üçün Azərbaycanın təklif etdiyi əhatəli sülh müqaviləsi ən qısa zamanda bu ölkə ilə Ermənistan arasında imzalanmalıdır.

Biz bu prosesi dəstəkləyirik" “Report” xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin ABŞ-ın Los Anceles şəhərindəki Baş konsulluğunda türk icması ilə görüşündə deyib. “Ermənistanın regionda sülhə və bu əməkdaşlığa ehtiyacı var”, - nazir vurğulayıb.

Çavuşoğlu qeyd edib ki, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndə təyin edib. Lakin Ermənistan üzərindəki təzyiqlər səbəbindən hələ də cəsarətli addımlar ata bilməyib. "Ermənistanı cəsarətləndirmək lazımdır. Bəlkə də sayları azdır, amma təəssüf ki, onlar Amerikada yüksək səsi olan bir qrupdur, erməni qruplaşması Türkiyə ilə münasibətlərin normallaşmasına qarşıdır. Onların Ermənistana heç bir töhfəsi yoxdur, nifrətlə hərəkət edirlər. Ermənistanın bölgədə barış və iş birliyinə ehtiyacı var. Bu, məlum səbəblərdən indiyədək təcrid olunmuş bir ölkədir. Bu fürsəti yaxşı qiymətləndirmək lazımdır", - Mövlud Çavuoğlu vurğulayıb.