Brüsseldə Prezident İlham Əliyev və Nikol Paşinyan arasında görüş olacaq
 
                    Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüş keçirəcək.
Kaspi.az-ın məlumatına görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel öz "Twitter" səhifəsində elan edib.
O vurğulayıb ki, görüş ərəfəsində gündəliyin bütün bəndləri üzrə dialoqun davam etməsi və konkret irəliləyilşin əldə olunması mühüm əhəmiyyət daşıyır.
"Aİ Cənubi Qafqazda sülh prosesinə sadiqliyini davam etdirir", - deyə o bildirib.
 
                 
         Bakı 17°C
 Bakı 17°C
                     
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                