Bələdiyyə seçkilərinin yekun nəticələri açıqlandı
![Bələdiyyə seçkilərinin yekun nəticələri açıqlandı](https://kaspi.az/storage/posts/large/xyVGdUsCoc7JBmlrYoHUUA7964Ym5t04LKXAwGYd.jpg)
Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin yekun nəticələrini elan edib. "Report" xəbər verir ki, yekun nəticələrə əsasən 681 bələdiyyənin tam tərkibdə formalaşması, 1 bələdiyyənin isə tam tərkibdə formalaşmadığı qərara alınıb.
Qeyd edilib ki, seçkidən baxılmış müraciətlər əsasında yalnız bir bələdiyyə üzrə - 81 saylı İmişli seçki dairəsində Bəcirəvan bələdiyyəsinə keçirilən seçkinin nəticələri etibarsız hesab olunub. Məlumata görə, dairə seçki komissiyalarına müraciət edən bütün iddiaçılar üçün şərait yaradılıb, müraciət edənlərin 99 faizinin hüquqları təmin edilib. Xatırladaq ki, yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub. Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilib. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparıb.
![banner](/images/kaspibanner.jpg)