Azərbaycanın Ermənistanın təxribatlarına qarşılıq verməməsi mümkün deyil
Azərbaycan Ermənistana sülh sazişi təklif etsə də, onlar uzun müddət buna cavab vermədi.
Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, Ermənistan ara-sıra təxribatlara davam edir.
“Əlbəttə Azərbaycanın buna qarşılıq verməməsi mümkün deyil. Şəhidlərə Allahdan rəhmət diləyirik, Azərbaycan ordusuna, dövlətinə, xalqına başsağlığı veririk. Davamlı sülh istəyiriksə, Ermənistan təxribatlardan əl çəkməlidir", - deyə M.Çavuşoğlu əlavə edib.