• cümə, 29 Mart, 16:13
  • Baku Bakı 14°C

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyiblər

29.05.23 10:45 808
Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyiblər

Türkiyədə prezident seçkisinin ikinci turunda Azərbaycanda yaşayan türkiyəli seçicilərin çoxu Rəcəb Tayyib Ərdoğanı dəstəkləyiblər.

Bu barədə “Habertürk” saytında məlumat verilib.

Məlumata görə, seçicilərin 53,59 faizi (2 644 səs) Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğana, 46,41 faizi (2 290 səs) CHP sədri Kamal Kılıçdaroğluna səs verib.


Azərbaycanda olan səsvermədə 4 983 Türkiyə vətəndaşı səs verib. Onlardan 4934 səs etibarlı sayılıb. Seçici aktivliyi isə 57,75 faiz təşkil edib.

 

banner

Oxşar Xəbərlər