• cümə, 19 Aprel, 14:46
  • Baku Bakı 25°C

Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!”

16.08.22 15:30 747
Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!”

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ermənilərin Laçın şəhəri, Zabux və Sus kəndlərində meşələri yandırmasına münasibət bildirib.

“Report” xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Leyla Abdullayeva tviter səhifəsində yazıb.

“Görün, Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşan ermənilər ərazini tərk edərkən ətrafda nələr qalır? Evlər dağıdılır, yandırlır. Meşələr yanır, flora və faunaya ciddi ziyan dəyir, infrastruktur obyektləri dağılır. Ermənistan sülhə belə hazırlaşır?!”, - L.Abdullayeva paylaşımda qeyd edib.

banner

Oxşar Xəbərlər