bazar ertəsi, 25 sentyabr, 12:55

Baku Bakı 24°C

Azərbaycan Ordusu antiterror əməliyyatı keçirib - 4 erməni məhv edilib, 15-i yaralanıb

icon 1129 icon 03 avqust 2022 | 17:24 Azərbaycan Ordusu antiterror əməliyyatı keçirib - 4 erməni məhv edilib, 15-i yaralanıb

Azərbaycan Ordusu Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı antiterror əməliyyatı keçirib.

Kaspi.az-ın xəbərinə görə, nəticədə 4 erməni terrorçusu məhv edilib, 15-i yaralanıb.

Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.