• cümə, 26 Aprel, 13:38
  • Baku Bakı 23°C

Yeni “Siti” yaranır, şeyxlər bu klubu alırlar

17.04.20 12:15 627
Yeni “Siti” yaranır, şeyxlər bu klubu alırlar
İngiltərənin "Nyukasl” klubu sahibini dəyişmək ərəfəsindədir.
Kaspi.az xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman komandanı almağa hazırlaşır. Məlumata görə, şahzadə bunun üçün 400 milyon avro xərcləyəcək.
Klubun hazırkı sahibi Maykl Eşli bir neçə ildir ki, komandanı satmaq istəyir. Məhz bu səbəbdən Rafael Benites "Nyukasl”ı tərk etdi. O, Eşlidən komandanı gücləndirmək üçün yetərli büdcə ala bilmədi.
Məlumata görə, Məhəmməd bin Salman klubu alsa, Benites geri qayıdacaq. Artıq bukmeker kontorları bununla bağlı əmsalları açıqlayıblar. Klubun baş məşqçi postuna ikinci əsas namizəd isə Massimilano Alleqri sayılır.
banner

Oxşar Xəbərlər