• cümə, 29 Mart, 12:31
  • Baku Bakı 14°C

Tokio Olimpiadasının təşkilatçıları təkrar emal olunmuş materiallardan geniş istifadə edirlər

10.01.20 10:30 674
Tokio Olimpiadasının təşkilatçıları təkrar emal olunmuş materiallardan geniş istifadə edirlər
2020-ci il Tokio Olimpiadası və Paralimpiadasının iştirakçıları üçün çarpayıların karkasları təkrar emal edilmiş kartondan hazırlanacaq. Təşkilatçılar, həmçinin bildiriblər ki, plastikdən istehsal ediləcək çarpayı döşəkləri oyunlardan sonra təkrar emal olunacaq. Olimpiya kəndinin meneceri Takesi Kitadzimanın sözlərinə görə, kartondan hazırlanan çarpayılar 200 kiloqramadək çəkiyə davamlıdır və bu nöqteyi-nəzərdən taxta çarpayılara nisbətən hətta möhkəmdir. "Lakin əlbəttə ki, çarpayının üstündə atılıb-düşsən, hətta taxtadan hazırlananları da sına bilər”, - deyə Kitadzima əlavə edib.
AZƏRTACbu barədə BBC agentliyinə istinadla xəbər verir.
Tokio Olimpiadasının təşkilatçıları təkrar emal olunmuş materiallardan geniş istifadə edirlər. Olimpiya məşəli təkrar emal edilmiş alüminiumdan, postamentlər – plastik tullantılardan, elektrik enerjisi isə bərpaolunan mənbələrdən qəbul ediləcək.
Həmçinin medallar da ekoloji olacaq: mükafatlar üçün nəzərdə tutulan qiymətli metallar istifadəyə yararsız mobil telefonlardan toplanıb. 6,2 milyon ədəd telefondan 32 kiloqram qızıl "hasil edilib”. Bu telefonlar təşkilat komitəsinə Yaponiya sakinləri tərəfindən ianə edilib.
Xatırladaq ki, Tokio Yay Olimpiya Oyunları bu il iyulun 24-dən avqustun 9-dək, Paralimpiya Oyunları isə avqustun 25-dən sentyabrın 6-dək keçiriləcək.
banner

Oxşar Xəbərlər