• cümə, 29 Mart, 19:39
  • Baku Bakı 14°C

Tokio-2020: Azərbaycanın 26 idmançısı çıxışını bitirib, 2-si medal qazanıb

01.08.21 15:30 283
Tokio-2020: Azərbaycanın 26 idmançısı çıxışını bitirib, 2-si medal qazanıb
Bu gün Azərbaycanın daha 3 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparıb.
"Report"un məlumatına görə, çəkicatma növündə yarışan Anna Skidan təsnifat mərhələsini 31 idmançı arasında 16-cı sırada bitirib və finala vəsiqə qazana bilməyib.
Güllə atıcısı Ruslan Lunyov birinci təsnifatda 281 xal toplaya bilib. O, 27 idmançı arasında 24-ci yeri tutub. Sabah ikinci təsnifat mərhələsi və final keçiriləcək.
Boksçu Alfonso Dominges (81 kq) yarımfinalda son olimpiya çempionu kubalı Arlen Lopesə uduzaraq bürünc medalla fikayətlənib.
Beləliklə, olimpiadada mübarizəni dayandıran Azərbaycan idmançılarının sayı 26-ya çatıb. Onlardan ikisi medala layiq görülüb.
Medal qazananlar
Cüdo:İrina Kindzerska (+78 kq) (bürünc)
Boks:Alfonso Dominges (81 kq) (bürünc)
Medal qazana bilməyənlər
Cüdo:Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) Aişə Qurbanlı (48 kq)
Boks:Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq)
Taekvondo:Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq)
İdman gimnastikası:İvan Tixonov, Marina Nekrasova
Üzgüçülük:Maksim Şemberev, Məryəm Şeyxəlizadə Xangah
Güllə atıcılığı:Emin Cəfərov
Triatlon:Rostislav Pevtsov
Qılıncoynatma:Anna Başta
Badminton:Edi Reski Dviçayo
Velosiped idmanı:Elçin Əsədov
Çəkicatma:Anna Skidan
banner

Oxşar Xəbərlər