Mövsümü olsa da, qiyməti ucuzlaşmır
Pomidorun və xiyarın mövsümü başlayıb, deyə bilərik. Lakin bazarlarda əl yandıran qiymətlər səbəbindən bu tərəvəzlərə yaxınlaşmaq mümkün deyil. Fermerlər hesab edirlər ki, qarşıdakı müddətdə xiyar ucuzlaşsa da, pomidor ucuzlaşmayacaq.
Mövsümü olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda üç manatdan aşağı pomidor, iki manatdan daha ucuz xiyar tapmaq mümkün deyil. Bəs nə üçün pomidor və xiyarın qiyməti hələ də əl yandırır?
Qiyməti tələb-təklif müəyyənləşdirir
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun “Kaspi” qəzetinə verdiyi məlumata görə, qiymətləri bazarda tələb və təklif müəyyənləşdirir. Tərəvəzin kütləvi şəkildə istehsalı, təbii məhsulların bazara...
27.04.24 04:40
18