• cümə, 24 May, 08:39
  • Baku Bakı 13°C

Genişzolaqlı internetin sürəti 38 % artıb

27.04.24 00:05 2131
Genişzolaqlı internetin sürəti 38 % artıb

Bu ilin mart ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 182 ölkə arasında əvvəlki aya nisbətən 2 pillə geriləyərək 38,32 MB/S sürətlə 117-ci yerdə qərarlaşıb. "Report” “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bu, bir il əvvəlki göstərici (27,84 MB/S) ilə müqayisədə 38 % artım deməkdir.

Azərbaycan mobil internetin sürətinə görə fevral ayına nisbətən martda 3 pillə irəliləyərək 50,12 MB/S sürətlə 148 ölkə arasında 56-cı olub.
Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 1 pillə irəliləyərək 195 şəhər arasında 39,90 MB/S sürətlə 134-cü yerdə qərarlaşıb. Azərbaycan paytaxtı martda mobil internetin sürətinə görə 59,78 MB/S sürətlə əvvəlki aya nisbətən 3 pillə irəliləyərək 168 şəhər arasında 74-cü yerdə qərarlaşıb. Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (427,38 MB/S), sonuncu yeri Havana (5,08 MB/S) tutub.

banner

Oxşar Xəbərlər