• şənbə, 28 Noyabr, 06:34
  • Baku Bakı 7°C

Ağdərə, Xocalı və Xocavəndə növbəti köç

28.11.26 00:15 64
Ağdərə, Xocalı və Xocavəndə növbəti köç

Xocalı və Ağdərə rayonlarının kəndlərinə növbəti köç prosesi həyata keçirilib, sakinlərə açarlar təqdim edilib.

Mərasimdə Azərbaycan Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, eləcə də Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər.
Xocavənd şəhərinə və Quzeyxırman kəndinə yola salınan növbəti köç karvanı da məntəqəyə çatıb, sakinlərə açarlar təqdim edilib. Kəndə köçürülən ailələr müasir tələblərə cavab verən evlərdə məskunlaşıblar.

Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə yeddi ailə (30 nəfər), Xocavəndin Quzeyxırman kəndinə isə 17 ailə (71 nəfər) köçürülüb.

Bu mərhələdə Ağdərənin Vəngli kəndinə 10 ailə (42 nəfər), Çıldıran kəndinə 15 ailə (49 nəfər), Kolatağ kəndinə iki ailə (altı nəfər), Heyvalı kəndinə bir ailə (bir nəfər), Xocalının Badara kəndinə dörd ailə (yeddi nəfər), Xanyurdu kəndinə doqquz ailə (32 nəfər), Xanabad kəndinə səkkiz ailə (33 nəfər) köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

banner

Oxşar Xəbərlər