• cümə axşamı, 28 mart, 14:15
  • Baku Bakı 16°C

Salaha görə Ramosla görüşmək istəməyib

03.06.20 13:30 655
Salaha görə Ramosla görüşmək istəməyib
"Liverpul”un 17 yaşlı futbolçusu Harvi Elliot Serxio Ramosla görüşməkdən imtina edib.
Kaspi.az xəbər verir ki, Harvi 1018-ci ildə "Fulhem”də çıxış edərkən, onunla böyük klublar maraqlanırmış. "Real”da istedadlı futbolçuya ciddi maraq göstərib.
Buna görə də onu Madridə dəvət ediblər. Ona stadionu göstərərkən paltardəyişmə otağında Ramosun forması da olub. Futbolçudan kapitanla görüşmək istəyib-istəmədiyini soruşublar. O isə belə cavab verib:
"Yox, çox sağ olun. Məhəmməd Salaha qarşı etdiyi hərəkətdən sonra ondan xoşum gəlmir”.
2019-cu ildə Harvi yenidən "Liverpul”a qoşulub. Qeyd edək ki, 2018-ci ildə Çempionlar Liqasının finalında Ramos Salahı zədələmişdi və misirli oyunun əvvəlində meydanı tərk etmək məcburiyyətində qalmışdı.
banner

Oxşar Xəbərlər