çərşənbə axşamı, 09 avqust, 11:40

Baku Bakı 25°C

Ronaldu "Mançester Yunayted"in yeni kapitanı ola bilər

icon 186 icon 27 iyun 2022 | 13:00 Ronaldu "Mançester Yunayted"in yeni kapitanı ola bilər

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İngiltərənin "Mançester Yunayted" klubunun yeni kapitanı ola bilər.

"Report"un "Mirror" nəşrinə istinadən məlumatına görə, 37 yaşlı hücumçu hazırkı kapitan Harri Maquayrı əvəzləyəcək.

Buna səbəb ingiltərəli müdafiəçinin tez-tez azarkeşlərin tənqidinə məruz qalmasıdır. Yekun qərar "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haqla Rinaldu arasından söhbətdən sonra qəbul olunacaq.

Qeyd edək ki, Kriştianu Ronaldu ötən mövsüm 38 oyunda meydana çıxıb. O, 24 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.